“Bizim Malik Mahmudova və Yasəf Qocayevə verməyə 300 manatımız yoxdur”
Tarix: 27-11-2015 | Saat: 14:39
Bölmə:Gündəm / Manşet / Karusel / Seçilənlər | çapa göndər

Beyləqan rayonundan bir qrup vətəndaş Aia.az-ın elektron ünvanına Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət göndəriblər.
Həmin müraciətdə deyilir ki, Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi əsil korrupsiya yuvasına çevrilib. “Həmin korrupsiya yuvasını isə mərkəzin müdiri Malik Mahmudovla onun müavini Yasəf Qocayev yaradıblar. Bundan öncəki mərkəz direktoru İlham Quliyevi vəzifəsindən çıxardaraq, yerinə Malik Mahmudovu təyin edəndə fikirləşdik ki, bir çox məsələlər düzələcək, rüşvət olmayacaq, vətəndaşları incitməyəcəklər. Ancaq hazırda Malik Mahmudov köhnə mərkəz müdiri İlham Quliyevə rəhmət oxutdurur. Çünki Beyləqan kəndlərində ünvanlı sosial yardım alan şəxslərin əksəriyyəti qanunla bunu haqq etməyənlərdir”.
Şikayətçilər qeyd edirlər ki, Malik Mahmudov və onun müavini Yasəf Qocayev bu yazılanları inkar edə bilər. “Lakin fakt faktlığında qalır. Sizdən xahiş edirik ki, gizli şəkildə Beyləqan rayonuna yoxlama qrupu göndərin və rayon kəndlərində qısaca araşdırma aparsınlar. O zaman ünvanlı sosial yardımı kimlərin almasını yaxşı görəcəklər. Hazırda Beyləqanın Dünyamallar, Əlnəzərli, Birinci Aşıqlı, İkinci Aşıqlı, Şərq, Qarallar, Xalac, Təzəkənd, Kəbirli, Qəhrəmanlı, Şahsevən və digər kəndlərində ünvanlı sosial yardım alan şəxslərin əksəriyyəti maddi cəhətdən təmin olunmuşlardır. Malik Mahmudovla müavini Yasəf Qocayev qanunsuz ünvanlı sosial yardım alan şəxslərin sənədlərini tam qaydasında qanuniləşdiriblər. Belə ki, qanunsuz, yaxud qanuni sosial yardım alan şəxs ilk 3 ayının pulunu Yasəf Qocayevə verməlidir. Yasəf Qocayev dəfələrlə vətəndaşlara açıq aşkar deyib ki, 3 aylığın alınması nazirliyin tapşırığıdır və o pulun bir ayı bizə qalır. Cənab nazir, biz Yasəf Qocayevin dediyi bu şərə, böhtana inanmırıq. Onlar sadəcə sizin və nazirliyin adından istifadə edərək vətəndaşları soyurlar. Hazırda Beyləqan ƏSMM-də 2 illik sosial yardım almaq istəyən şəxs bəribaşdan Yasəf Qocayevə nəğd şəkildə 300 manat, yerdə qalan 300 manatı isə sosial yardım alanda verməlidirlər”.
Aia.az vasitəsi ilə nazirə müraciət edən Beyləqan sakinləri sonda vurğulayıblar ki, mərkəz direktoru Malik Mahmudovla Yasəf Qocayev sosial yardımı onların şərtləri ilə razılaşan şəxslərə verirlər. “Bizlər isə öz qanuni sənədlərimizi mərkəzə təqdim etsək də, aylarla süründürülürük. Çünki Malik Mahmudovla Yasəf Qocayevə bəri başdan verməyə 300 manatımız yoxdur. Cənab nazir ümid edirik ki, siz Beyləqan Sosial MÜdafiə Mərkəzində baş alıb gedən qanunsuzluqların qarşısını yaxın vaxtlarda alacaqsınız”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024