Mobil versiya
Almaniyada “Sosial şəbəkələr”lə bağlı QALMAQAL
Tarix: 07-04-2018 | Saat: 12:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniyada “Sosial şəbəkələr”lə bağlı QALMAQAL


Almaniya hökuməti sosial şəbəkələrdə reklam xərclərini 10 dəfə artırıb. Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Qəzetin araşdırmasına görə, hökumət 2013-cü illə müqayisədə 2017-ci ildə sosial şəbəkələrdəki reklam üçün xərcləri 10 dəfə artırıb. Burada hökumətin sosial şəbəkələrdə reklam və təbliğat yazılarına çəkdiyi xərclər nəzərdən keçirilib.

Araşdırmada diqqət çəkən məsələlərdən biri keçən il Bundestaqa keçirilən seçkilər zamanı hökumətin “Feysbuk”, “İnstaqram” və “Twitter” kimi sosial şəbəkələrdə reklam yerləşdirilməsi üçün 4.9 milyon avro xərcləməsi olub. Qeyd etmək lazımdır ki, 2013-cü il üçün bu məbləğ 156.7 min avro olub.

Eyni zamanda, qeyd etmək lazımdır ki, reklamlar istifadəçilərin siyasi üstünlükləri istiqamətində hazırlanıb. Yəni burada istifadəçilərin məlumatlarından istifadə olunub. Ekspertlər bu cür yanaşmanın vətəndaşların seçimlərinə birbaşa təsir kimi qiymətləndiriblər. Bu araşdırma alman mətbuatında ciddi tənqidlərə səbəb olub.

“Necə olur ki, hakimiyyət həm “Feysbuk”la istifadəçilərin şəxsi məlumatlarının qorunması istiqamətində danışıqlar aparır, həm də özü bu qurumun müştərisi olur” – “Almaniya üçün alternativ” partiyasının rəhbəri Lyayf Erik Xolm bildirib.

KİV-in məlumatına görə, alman xalqının siyasi əhval-ruhiyyəsinin öyrənilməsini Almaniya poçt konserninin “qızı” sayılan “Deuç Post” (Deutsche Post) araşdırıb. Məlumatlar bu qurum tərəfindən siyasi partiyalara satılıb. Müştərilər isə kansler Angela Merkelin rəhbərlik etdiyi “Xristian-demokratik İttifaqı” və “Azad Demokrat Partiyası” olub. Qurumdan bildirilib ki, hazırki qanuna uyğun olaraq şəxsi informasiyalar yox, əsasən ünvanlar təqdim olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024