Mobil versiya
Fikrət Məmmədov vətəndaşlarla görüşəcək
Tarix: 22-11-2015 | Saat: 15:26
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Fikrət Məmmədov vətəndaşlarla görüşəcək


Ədliyyə naziri Fikrət Məmmədov noyabrın 25-də Sabirabad rayonunda vətəndaşlarla görüşəcək

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Sabirabad, Saatlı və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Görüş saat 11:00-da Sabirabad rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək. Vətəndaşlar görüşə Şirvan regional ədliyyə şöbəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, (050) 567-98-24), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, Sabirabad rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə