Mobil versiya
Rafael Ağayev: "Yapondan qisasımı onun vətənində alacağam"
Tarix: 20-02-2018 | Saat: 17:22
Bölmə:İdman | çapa göndər

Rafael Ağayev: "Yapondan qisasımı onun vətənində alacağam"




Dubayda keçirilən Premyer Liqa yarışında çempion olmuş karateçi Rafael Ağayevin iştirakı ilə mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, beş qat dünya çempionumuz əvvəlcə yarış haqda fikirlərini bildirib:

“Bu turnirdə yeganə çətin görüşüm iranlı idmançı ilə oldu. Onunla dünya çempionatının finalında da qarşılaşmışdım.

2018-ci ilə yaxşı başlamışam. Artıq iki yarışdan iki medalla qayıtmışam. Azərbaycan üçün bundan sonra da əlimdən gələni edəcəyəm ki, yenə bayrağımızı yüksəldəm”.

R.Ağayev Parisdəki yarışda yapon idmançısına uduzmasından da danışıb:

“Bunda nə məşqçilərin, nə hakimlərin rolu oldu. Öz səhvimdən yapon idmançıya uduzdum. Qələbə üçün son saniyəm çatmadı. Bu, mənə dərs oldu. Son saniyəyə kimi ehtiyatı əldən vermək olmaz.

Əgər yarışın bitməsinə 1 saniyə yox, yarım dəqiqə, 10 saniyə qalsaydı, uduzmazdım. O, Dubaya gəlməmişdi. Ümid edirəm ki, gələn ay Rotterdamda keçiriləcək Premyer Liqa yarışına gələcək. Amma mən yapondan revanşı onun vətənində, Tokio Olimpiadasında alacağam”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024