Mobil versiya
"Qəbələdə məni heç kim döyməyib" - Ayxan Abbasov
Tarix: 19-02-2018 | Saat: 17:26
Bölmə:İdman | çapa göndər

"Qəbələdə məni heç kim döyməyib" - Ayxan Abbasov




"Qəbələdə məni heç kim döyməyib. Bu, şişirdilmiş məlumatdır. Oyundan sonra paltardəyişmə otağımızın qarşısında mübahisə oldu. Bu da normaldır. Belə hadisələr futbolda baş verə bilər. "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov da orada idi. Onunla bu barədə danışdıq. Heç bir problem yoxdur".

Qol.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov "Qəbələ" ilə səfər matçından sonra döyüldüyünə dair iddialara aydınlıq gətirərkən deyib. Gənc mütəxəssis 1:2 hesabı ilə uduzduqları qarşılaşmanın ardından meydanda futbolçular arasında gərginliyin baş vermə səbəbini belə izah edib:

"Futbolçumuzun dediyinə görə, rəqib irqçi ifadələr işlədirdi. Bu, onların öz aralarındakı mübahisə idi. İki futbolçunun söhbəti bir az böyüdü. Mən dediyimin üstündə dururam. Yenə də deyirəm: Ruslan Qurbanov oyun ərzində bizim futbolçunu təhqir edirdi. Hətta o, irqçi ifadələr işlədirdi. Futbolçular da bunu təsdiqləyir. Ona görə də əsəbiləşmişdilər. Mən öz futbolçularıma tapşırdım ki, nə olsa belə, səbrli olmalıyıq. Amma bəzi sözləri özüm də eşitmişəm. Əminliklə deyə bilərəm ki, bizim futbolçulara söyüş söyülüb".

Abbasov irqçi ifadələrin işlədilməsinin FİFA və UEFA tərəfindən qadağan edildiyini xatırladıb. O, belə hallarla gündəmdə olmaq istəmədiklərini bildirib: "İnsanı rənginə görə təhqir etmək olmaz. Onlar peşəkar futbolçulardır və bir-birilərinə hörmət etməlidirlər. Oyunlar gərgin keçir. Sərt mübarizələrin də şahidi oluruq. Amma kimisə təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Çünki bu, belə hadisələrə gətirib çıxarır. Biz istəmirik ki, belə hallarla gündəmdə olaq. Heç vaxt belə hallara görə gümdəmdə olmamışıq. Məğlub olanda da rəqibi təbrik edirik".

Bununla belə, "Zirə"nin baş məşqçisi Peşəkar Futbol Liqasına (PFL) şikayət ünvanlamayacaqlarını söyləyib: "Futbolçuya cəzanı AFFA və PFL verməlidir. Mən cəza verən deyiləm. Hər şey görünür. Oyun da canlı yayımlanırdı. Mənim deməyimə ehtiyac yoxdur. Kimə şikayət edəcəyəm ki? Heç bir şikayətim yoxdur. Bunu hamı görür. Qəbələdə PFL-in də əməkdaşı var idi. O işlərə mən baxmıram".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024