Mobil versiya
Gülər Əhmədovanın ofisi boşaldıldı
Tarix: 18-11-2015 | Saat: 15:59
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Gülər Əhmədovanın ofisi boşaldıldı
Sabiq millət vəkili Gülər Əhmədovanın “Hökumət Evi”də yerləşən qəzetinin ("Mərkəz") ofisi əlindən alınıb

"Qafqazinfo"ya daxil olan məlumata görə, “Mərkəz” qəzetinin bu binada yerləşən 15 kabineti başqa dövlət qurumlarına verilib.

Belə ki, G. Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin “Hökumət Evi”nin beşinci alaqapı, beşinci mərtəbədə yerləşən 12-yədək kabineti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə verilib. Birinci mərtəbədə G. Əhmədovanın özünün və köməkçilərinin üç kabineti isə Tarif Şurasına verilib.

Bu günlərdə G. Əhmədova “Hökumət Evi”nə gedib. Həmin otaqlardan “Mərkəz”qəzetinə və Respublika Uşaq Təşkilatına məxsus avadanlıqlar, qəzetin arxivi məhz onun iştirakı ilə çıxarılıb.

Xatırladaq ki, “Mərkəz” qəzeti üç ilə yaxındır ki, fəaliyyətini dayandırsa da, indiyədək qəzetin “Hökumət Evi”ndəki ofisi saxlanılırdı və heç bir quruma icarəyə verilməmişdi.

Yeri gəlmişkən, bu gün report.az saytı eks-deputatın BDU-dan da çıxarılması ilə bağlı məlumat yayılmışdı. Daha sonra Gülər Əhmədova sözügedən məlumatı təkzib edib: "Mən Bakı Dövlət Universitetinə getmişəm ki, məni işdən çıxarsınlar da?! Bu sentyabrdan işə çıxmamışam. Mən ərizəmi o vaxt yazmışam".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə