Mobil versiya
AMEA İşlər İdarəsi: çalışqanlıq yolu – inkişaf yolu
Tarix: 06-02-2018 | Saat: 11:44
Bölmə:Manşet / Gündəm / Seçilənlər-2 | çapa göndər

AMEA İşlər İdarəsi: çalışqanlıq yolu – inkişaf yolu




Fətəli Abdullayevin bu idarəyə rəhbərliyi altında ötən dövr ərzində AMEA-nın elmi müəssisə vətəşkilatlarında böyük əhəmiyyətli işlər həyata keçirilmişdir

Bu gün haqqında söhbət açmaq istədiyimiz şəxs AMEA-nın İşlər İdarəsinin rəisi, Əməkdar Mühəndis, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevdir. Əslində Azərbaycanın elmi ictimaiyyətinə Fətəli müəllimin həyat və fəaliyyəti kifayət qədər yaxından tanışdır. Bununla belə, istərdik ki, həm elmi, həm də təcrübi fəaliyyətin sintezinin gözəl nümunəsi olan bu həyat tarixçəsinin bəzi səhifələrinə bir daha nəzər salaq.

Beləliklə, Fətəli Abdullayev 1966-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. 1972-1983-cü illərdə Qubadlı rayonu Dondarlı kənd orta məktəbində təhsil almış, 1986-1990-cı illərdə isə Rusiya Federasiyasının Voronej şəhərində İnşaat Mühəndisləri İnstitutunda ali təhsilə yiyələnmişdir. F.Abdullayev 1992-1996-cı illərdə Azərbaycan Respublikası “Şelflayihətikinti” İB-nin 4 saylı TQİ-də usta, sahə rəisi, rəis müavini vəzifələrində, 1996-1998-ci illərdə isə, 12 saylı trestin müdiri vəzifəsində çalışmışdır.
2011-2013-cü illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Münasibətlər” kafedrasında müəllim işləmişF.Abdullayev elə həmin dövrdə, 2012-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2015-ci ildə iə, Fətəli müəllim beynəlxalq münasibətlər ixtisası üzrə dosent elmi adını almışdır. Bir çox elmi məqalə və kitabların müəllifi olan alimin elmi fəaliyyəti təbii ki, dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, Fətəli Abdullayev 2015-ci ildə Azərbaycan Respublikası Prezidendinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
2013-cü ildən AMEA-nın İşlər İdarəsinin rəisi vəzifəsində çalışan Fətəli müəllim, təkcə savadı və elmi potensialı ilə deyil, həm də məsuliyyəti, dəqiqliyi, işgüzarlığı və yüksək insani keyfiyyətləriylə onu tanıyan hər kəsin hörmət və rəğbətini qazana bilmişdir. AMEA-nın əksər əməkdaşlarının ümumi rəyi belədir ki, F.Abdullayev akademiyanın İşlər İdarəsinərəhbərlik etməyə başladığı vaxtdan bu idarənin fəaliyyətində böyük inkişafa nail olunmuşdur. Belə ki, məhz Fətəli müəllimin rəhbərliyi altında ötən dövr ərzində AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan elmi tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə həmin müəssisə və təşkilatlar üçün çoxlu sayda müasir laboratoriya avadanlıqlarının quraşdırılması, elmi müəssisə və təşkilatlarda müasir tələblərə cavab verən təmir işləri həyata keçirilmişdir. Təbii ki, bütün bu tədbirlər birbaşa Azərbaycan elminin inkişafına öz müsbət təsirini göstərir.

Həmçinin Fətəli müəllimin fəaliyyətinin xarakterik cəhətlərindən biri də onun mübarizliyi, əzmkarlığıdır. Belə ki, məhz onun rəhbərliyi altında AMEA-nın elmi müəssisə və təşkilatlarının istifadəsində olan əmlakların və 3800 hektara yaxın torpaq sahələrinin kənar şəxslərin istifadəsindən geri alınması, qeydiyyatı, yenidən sənədləşdirilməsi və səmərəli istifadəsi istiqamətində də xeyli işlər görülmüşdür. Həmin torpaq sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün münbit şərait yaradılmış, buğda, arpa və digər kənd təsərrüfatı bitkiləri əkilmiş, arıçılığın, balıqçılığın və digər sahələrin inkişafı istiqamətində xeyli işlər yerinə yetirilmişdir.
Həmçinin son illər ərzində AMEA elmi potensialının sənayeyə tətbiqi istiqamətində işlərini də xeyli sürətləndirmiş və intensivləşdirmişdir. Bu istiqamətdə lazım olan infrastrukturun yenilənməsi və ən müasir avadanlıqların alınması, eləcə də iş mexanizmlərinin təkmilləşdirilməsi işləri bu gün də uğurla davam etdirilir. Artıq bir neçə müddətdir ki, Təcrübə-Sənaye Zavodunun ərazisində yenidənqurma işləri başa çatdırılmış və 25 adda məhsulun istehsalına başlanılmışdır.

Əlbəttə, biz bütün bu sadaladığımız məlumatlarda elə bir yeni və ya sensasion xarakterli xəbərin olmadığının fərqindəyik. Amma, bu da bir həqiqətdir ki, insanlar özlərinə aid olan və özlərinin layiq olduqları yerdə əyləşib,sadəcə məsuliyyət və tələbkarlıqla öz vəzifə borclarını icra edəndə, artıq heç bir sensasiyaya da ehtiyac qalmır. Və bu gün Azərbaycanın inkişaf yolu da məhz belə çalışqan vətəndaşlarının həyat yolu ilə üst-üstə düşür.

aia.az
Nail Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024