Mobil versiya
Lalə aparıcılardan gileyləndi: "Özbaşınalığın qarşısı alınmalıdır"
Tarix: 03-02-2018 | Saat: 16:19
Bölmə:Aia TV | çapa göndər

Lalə aparıcılardan gileyləndi: "Özbaşınalığın qarşısı alınmalıdır"


Əməkdar artist Lalə Məmmədova aparıcılar və müğənnilər arasında monitorinq aparılması, dil qüsurlarının araşdırılması mövzusuna münasibət bildirib.

aia.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə yazıb. O, efirə çıxanların tələffüzündə bir çox səhvlərin yer aldığını bildirib:

"Onda həkimlər, müəllimlərin keçdiyi yoxlama testindən jurnalistlər - televiziya aparıcıları da keçsin. Bezdik artıq bu yerlərdə çalışan təsadüfi savadsız insanlardan. İndiyənə kimi aparılan monitorinqlərin nəticəsi olmadı təəssüf. Yenə də eyni simalar, ləhcələr, kobudluq və tərbiyəsizlik. Aparıcı özündən yaşca böyük insanlarla "sən"lə danışır. Əgər onlara bir dəfə xəbərdarlıq edilsəydi, təkrarlamazdı. Demək haradasa bir boşluq var.

Aparıcı çıxdığı telekanalı öz şəxsi dəd-babasının telekanalı hesab edir. İstədiyi mövzu haqda öz şəxsi fikrini tamaşaçıya yeridir. İstədiyi qonağı verilişinə dəvət edib, könlü istəyən kimi davranır. Tamaşaçılar isə onlara bəh-bəhlə aparıcılar, jurnalistlər tərəfindən təqdim olunanlara inanır. Bunlara telekanal rəhbərləri nəzarət etməlidir. Bu özbaşınalığın qarşısını almağın tək yolu budur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024