Müxtəlif yarışlarda ölüm hadisələri - Həyatı yarıdan qırılan İDMANÇILAR
Tarix: 03-02-2018 | Saat: 12:28
Bölmə:İdman | çapa göndər
İdmanla məşğul olmaq sağlamlıq üçün vacib amillərdən biri hesab olunur. İdmanın müxtəlif növləri üzrə yarışları böyük maraqla izləyirik. Ancaq təəssüf ki, bu yarışlarda xoşagəlməz hadisələrlə də qarşılaşırıq. Bəzən isə faciəvi hadisələrlə…
Ölümün vaxtını tapmaq olmur, o həqiqətən insanı hər an yaxalaya bilər. İdman yarışları da istisna deyil.
Modern.az idman yarışlarının müxtəlif növlərində yaşanan ölüm hadisələri barədə yazını təqdim edir:
Rusiyanın “Saturn” klubunun yarımmüdafiəçisi Kiril Spaski oyunun gedişində qəflətən ölmüşdü. Hadisəyə səbəb isə kəskin ürək çatışmazlığı olmuşdu.
1978-ci ildə velosipedçi Qriqori Rodçenko SSRİ çempionatında keçirilən yarış zamanı huşunu itirib. Buna səbəb havdakı istilik olub. Köməyə gələn təcili tibbi yardım onun həyatını xilas edə bilməyib.
1979-cu ildə rusiyalı cüdoçu çempionat ərəfəsində keçirilən döyüş əsnasında qəfildən belindən yaralanıb,xəstrəxanaya çatdırılsa da, orada vəfat edib.
1982-ci ildə koreyalı boksçu Duk Ku Kim başına aldığı zərbə ilə beyin qanaması keçirib. Hadisədən 5 gün sonra xəstəxanada ölüb.
1989-cu ildə boksda yeni ölüm faciəsi baş verib. Fransız boksçu David Tio Terens Allie ilə mübarizədə çənəsindən aldığı güclü zərbədən komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, elə həmin gecə dünyasını dəyişib.
1995-ci ildə italyan velosipedçi yarış zamanı nəzarəti itirərək, səhnə ilə toqquşur. Başından güclü zərbə alan velosipedçi elə hadisə yerindəcə ölmüşdü.
Eyni ildə skater idmanı ilə məşğul olan 28 yaşlı Sergey Qrinkov yarışdaykən infarkt keçidərək, dünyasını dəyişib.
2000-ci ildə amerikalı boksçu Robert Benson döyüşdə huşunu itirib. O, hadisədən sonra cəmi beş gün yaşaya bildi.
Bir il sonra daha bir ölüm hadisəsi xokkey oyunları zamanı baş verib. Rusiyalı xokkeyçi Vyaçeslav Bezukladnikov oyun zamanı qəflətən yerə yıxılaraq qalxmayıb. Bir həftə xəstəxanada həkimlərin ciddi səylərinə baxmayaraq ayılmayıb və 32 yaşında ölüb. Ölümünə səbəb kimi qaraciyər serrozu və böyrək çatışmazlığı göstərilir.
Eyni ildə indoneziyalı boksçu Donnie Maramis rəqibi Stanleyin vurduğu zərbədən sonra xəstəxanada vəfat etmişdi.
MOİK və “Anji” klubları arasında keçirilən futbol matçında MOİK-in qapıçısı Sergey Perhun beynindən aldığı xəsarət nəticəsində ölüb.
2004-cü ildə Avropa çempionatı ərəfəsində keçirilən motosikl yarışmasında italyan idmançı Alessio Perilli qəzada həyatını itirib.
Latviyalı basketbolçu Raymonds Yumikis İsveç çempionatında oyun zamanı qəflətən ölüb. Hadisəyə səbəb ürək tutması olub.
2015-ci ildə belçikalı futbolçu Qriqori Mertens “Lokeren” klubunun forması ilə “Gent” klubuna qarşı oyuna çıxır. Qəfildən ürəktutması səbəbilə xəstəxanaya çatdırılır. Amma onun həyatını xilas etmək mümkün olmur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər