Mobil versiya
Özünüməşğulluq proqramına 6-7 min ailə cəlb ediləcək
Tarix: 02-02-2018 | Saat: 11:03
Bölmə:Manşet / Ölkə | çapa göndər

Özünüməşğulluq proqramına 6-7 min ailə cəlb ediləcək




2018-ci ildə Azərbaycanda özünüməşğulluq proqramına təqribən 6-7 min ailənin cəlb edilməsi planlaşdırılır.

aia.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirmişdi ki, bu il özünüməşğulluq proqramı daha da böyük həcmdə icra ediləcək:

"Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024