Ana Sayfa > Manşet / Ölkə > Özünüməşğulluq proqramına 6-7 min ailə cəlb ediləcək
Özünüməşğulluq proqramına 6-7 min ailə cəlb ediləcək2-02-2018, 11:03. Yazar: admin |
2018-ci ildə Azərbaycanda özünüməşğulluq proqramına təqribən 6-7 min ailənin cəlb edilməsi planlaşdırılır. aia.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirmişdi ki, bu il özünüməşğulluq proqramı daha da böyük həcmdə icra ediləcək: "Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək". aia.az Geri dön |