Mobil versiya
Putin nüvə çamadanını Çinə niyə aparmışdı?
Tarix: 22-11-2026 | Saat: 10:24
Bölmə:Dünya | çapa göndər

Putin nüvə çamadanını Çinə niyə aparmışdı?


Rusiya prezidentinin Çinə son səfəri zamanı nüvə silahına nəzarət sisteminin bir hissəsi olan xüsusi çamadanın görüntülənməsi dünya mediasında müzakirələrə səbəb oldu.

Musavat.com xəbər verir ki, məsələni gündəmə gətirən Rusiya dövlət televiziyasının jurnalisti Yevgeni Popov olub. O, çəkiliş zamanı Putini müşayiət edən hərbi dəniz zabitinin əlindəki qara çamadana diqqət çəkərək bunun məhz Rusiya prezidentinin nüvə çamadanı olduğunu bildirib. Jurnalist zabitdən dəqiqləşdirici sual verib: "Bu, həmin nüvə çamadanıdır?" Zabit isə "Bəli, məhz odur" cavabını verib.

CHINA-APEC-DIPLOMACY-SUMMITKadrlardan sonra beynəlxalq mediada Putinin nüvə çamadanını məhz Çinə aparmasının səbəbləri barədə müxtəlif ehtimallar irəli sürülüb. Bəzi şərhlərdə bunun Rusiya liderinin nüvə arsenalına nəzarət imkanlarını istənilən yerdə saxlamaq istəyi, digərlərində isə Moskvanın nüvə potensialını nümayiş etdirməsi kimi qiymətləndirilib.Ancaq burada bir mühüm məqam var: nüvə çamadanının Çinə aparılması fövqəladə vəziyyətə hazırlıq və ya nüvə zərbəsi endirmək niyyəti demək deyil. Bu, Rusiya prezidentinin təhlükəsizlik və hərbi idarəetmə protokolunun bir hissəsidir.

Kremlin mətbuat katibi Dmitri Peskov noyabrın 20-də məsələ ilə bağlı açıqlama verib. O, jurnalistlərin nüvə çamadanına xüsusi diqqət ayırmasını təcrübəsizliklə əlaqələndirib: "Yəqin ki, nüvə çamadanı ilk dəfə prezidentlə birlikdə səyahət edənləri görənlər üçün xəbər mövzusuna çevrilib. Nüvə çamadanı onunla bütün həyatı boyu uçur və heç vaxt belə başlıqlara səbəb olmur. Sadəcə, hansısa təcrübəsiz jurnalist bu xəbəri gündəmə gətirib".

Beləliklə, Kreml çamadanın Çinə aparılmasını xüsusi siyasi və ya hərbi mesaj kimi təqdim etməkdən yayınır. Peskovun sözlərindən aydın olur ki, bu, Putinin xarici səfərlərində də tətbiq edilən adi təhlükəsizlik qaydasıdır.

Bəs əslində bu, necə çamadandır və niyə bu qədər əhəmiyyətlidir?

Rusiyanın nüvə çamadanı rəsmi olaraq "Çeqet" adlanır. Adı Qafqaz dağlarında yerləşən Çeqet zirvəsindən götürülüb. Bu qurğu 1980-ci illərdə SSRİ-də yaradılıb və strateji nüvə qüvvələrinin idarəetmə sisteminin tərkib hissəsidir.Çoxlarının düşündüyünün əksinə, çamadanın içərisində nüvə raketlərini birbaşa işə salan hansısa düymə yoxdur. Bu, ilk növbədə, prezidentlə Rusiya Silahlı Qüvvələrinin ali hərbi komandanlığı arasında məxfi və qorunan rabitə əlaqəsini təmin edən mobil idarəetmə qurğusudur. Onun vasitəsilə nüvə silahından istifadə ilə bağlı əmrlər hərbi komandanlığa ötürülə bilər.

"Çeqet" Rusiyanın "Kazbek" adlı strateji idarəetmə sisteminə qoşulur. Prezident ölkənin nüvə silahından istifadə ilə bağlı siyasi qərarı verən əsas şəxsdir. Lakin qərarın hərbi komandanlıq vasitəsilə icrası ayrıca prosedurlara tabedir. Çamadanın özü raket buraxmır.

Maraqlıdır ki, Rusiyada yalnız bir belə çamadan yoxdur. Açıq mənbələrdə üç «Çeqet» qurğusunun mövcud olduğu bildirilir. Onlardan biri prezidentə, ikincisi müdafiə nazirinə, üçüncüsü isə Baş Qərargah rəisinə təhkim olunur.Bu qurğular etibar edilmiş hərbi qulluqçular tərəfindən daşınır. Ənənəvi olaraq həmin şəxslər hərbi dəniz donanmasının zabitləri olur. Onlar adi mühafizəçilər deyil, xüsusi hazırlıq keçmiş hərbi rabitə və idarəetmə sisteminin əməkdaşlarıdır.

2025-ci ilin dekabrında Rusiyanın müstəqil araşdırma qurumu olan «Dossier Center» bu sistemlə bağlı araşdırma dərc edib. Araşdırmada çamadanların daşınması və mühafizəsinin strateji rabitə üzrə xüsusi xidmətin «K» adlı bölməsinin əməkdaşlarına həvalə edildiyi bildirilirdi. Bu xidmətin əməkdaşlarının prezidentin yanında daimi fəaliyyət göstərdiyi qeyd olunurdu.

Russia's Vladimir Putin pictured in China with 'nuclear briefcase': What it contains - BusinessTodayBəs Putin niyə bu çamadanı xarici səfərlərdə də özü ilə aparır?

Çünki nüvə silahına nəzarət imkanları prezidentin yalnız Kremlə və ya Rusiyanın ərazisinə bağlı olduğu bir sistem deyil. Dövlət başçısı ölkədən kənarda, təyyarədə, başqa dövlətin paytaxtında və ya beynəlxalq sammitdə olarkən də hərbi komandanlıqla əlaqə saxlamaq imkanına malik olmalıdır. Nüvə təhlükəsizliyinin əsas prinsiplərindən biri də budur: dövlət başçısının yerləşdiyi məkan dəyişsə belə, strateji idarəetmə imkanları itirilməməlidir.Bu, ilk belə hadisə də deyil. 2023-cü ilin oktyabrında Putin Pekinə səfər edərkən də onu nüvə çamadanlarını daşıyan hərbi dəniz zabitləri müşayiət etmişdi. Həmin vaxt da Rusiya mediası çamadanın prezidentin səfərlərində daimi iştirak etdiyini vurğulamışdı. Bir məqamı da qeyd edək: ABŞ prezidentinin də buna bənzər sistemi var. "Nuclear Football" adlanan xüsusi çamadan Amerika prezidentini xarici səfərlərdə də müşayiət edir. Bu sistem də dövlət başçısına nüvə silahından istifadə ilə bağlı əmrləri təsdiqləmək və hərbi komandanlıqla əlaqə saxlamaq imkanı verir.

Picture backgroundPutinin Çinə "nüvə çamadanı" aparması nə Rusiyanın nüvə zərbəsinə hazırlaşdığının sübutudur, nə də Çinə ünvanlanmış xüsusi xəbərdarlıq kimi qəbul edilməlidir. Əsas diqqətçəkən məqam başqa idi: uzun müddət ictimaiyyətin gözündən kənarda qalan və dövlət başçısının ən məxfi hərbi idarəetmə imkanlarından birini təmin edən sistem bu dəfə Rusiya televiziyasının kamerası qarşısında açıq şəkildə nümayiş etdirildi.

Bəlkə də hadisənin ən maraqlı tərəfi çamadanın özü deyil, onun nümayiş etdirilməsinə niyə ehtiyac duyulmasıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026