Mobil versiya
Əli Abbasov şirkətini də satışa çıxardı
Tarix: 17-11-2015 | Saat: 12:51
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Əli Abbasov şirkətini də satışa çıxardı

«ANT Grup” bütün tikinti işlərini dayandırdı, Azad İbrahimovdan isə sənədlərə imza atıb, geri çəkilməsi tələb olunub

Rabitən və Yüksək Texnologiyalar Nazirliyinin sabiq rəhbəri Əli Abbasov işdən çıxarıldıqdan sonra haqqında müxtəlif məlumatlar yayılmağa başlayıb. JAM.AZ xəbər verir ki, ötən gün sabiq nazirin villasını satışa çıxardığına dair bilgilər gündəmi zəbt etmişdi. Bu gün isə Abbasovun şirkətinin bağlanması xəbəri gəlib.

Məlumatda deyilir ki, 2002-ci ildən etibarən tikinti sektoruna qədəm qoymuş “ANT Grup” şirkətlər qrupu Əli Abbasovun himayəsi altənda fəaliyyət göstərib. Uzun illər nazirin himayəsində olan bu şirkət Bakının mərkəzində bir xeyli tikinti işləri həyata keçirib. Lakin işdən çıxarıldıqdan sonra keçmiş nazir “ANT Grup”u satmaq qərarına gəlib. Və bu satışın konkret olaraq hansı səbəbdən reallaşdığı məlum deyil.

Mənbə bildirir ki, dünən şirkətlər qrupunun prezidenti Azad İbrahimovdan bütün səlahiyyətlər alınıb. Ondan tələb olunub ki, zəruri sənədlərə imza ataraq, şirkətdəki payını da alaraq kənara çəkilsin. Şirkətin faktiki olaraq həyata keçirdiyi tikinti işləri isə müvəqqəti olaraq dayandırılıb. Və satış başa çatdıqdan sonra prosesə yenidən start veriləcək.


JAM.AZ-a məlumat verən mənbə bildirir ki, “ANT Grup”un faktiki dəyəri çox baha olsa da, onun satışa çıxarılan qiyməti xeyili aşağı hesablanıb. Belə başa düşülür ki, Əli Abbasov əlindəki bütün tikili və şirkətləri nağd pula çevirərək, pullarını qorumağa çalışır. Və ya ölkədən çıxarmaq istəyir.

Dəqiqləşdirməmiz davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024