Mobil versiya
Daha bir ağır atletimizdə dopinq aşkarlanıb
Tarix: 24-01-2018 | Saat: 12:16
Bölmə:Karusel / İdman | çapa göndər

Daha bir ağır atletimizdə dopinq aşkarlanıb




Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı baş verib. Belə ki, milli komandanın üzvü Rövşən Fətullayevin sonuncu respublika çempionatından sonra dopinqlə bağlı adı hallanıb. Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən R.Fətullayev test edilib. İdmançının test Dünya Anti-Dopinq Agentliyinə (WADA) göndərilib. Artıq beynəlxalq qurum federasiyaya rəsmi məktub ünvanlayıb və testin müsbət olduğunu təsdiqləyib.

Bildirilir ki, məktubu alan Azərbaycan Ağır Atletika Federasiyası dünən Rövşən Fətullayevi millinin təlim-məşq toplantısından qovub.

Məsələ ilə bağlı Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Modern.az-a açıqlama verib:


“Rövşən Fətullayev millinin təlim-məşq toplantısından qovulmayıb. Ümumiyyətlə hər hansı idmançımızın dopinqə düşməsi ilə bağlı məlumatlar gələndən sonra bir ay ərzində məsələyə apellyasiyada baxılır. Yəni məlumat əldə ediləndə bir gün ərzində hansısa idmançını qovmaq kimi bir şey ola bilməz.

Rövşən Fətullayevə qarşı da belə bir addım atılmayıb. Lakin hazırda dopinqlə əlaqəli məsələ təbii ki, araşdırılır. Bu barədə qısa müddətdə açıqlama verəcəyik”.

Qeyd edək ki, bundan əvvəl 4 atletimizin qanında qadağan olunmuş maddələrinin aşkar olunması görə, Ağır Atletika Federasiyası 1 illik diskvalifiksiya ilə cəzalandırılıb. Bu müddət ərzində Azərbaycan yığma komandasının üzvləri heç bir beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024