YAP-dan Şəmsəddin Hacıyevlə bağlı ittihamlara REAKSİYA
Tarix: 23-01-2018 | Saat: 11:53
Bölmə:Manşet / Siyasət | çapa göndər
“Şəmsəddin Hacıyevin İqtisad Universitetinə rektor təyin olduğu dövrdə bir çox müsbət dəyişikliklər baş verib. Universitetin binası təmir edildi, imtahanların gedişində şəffaflıq artdı, universitetlə ictimaiyyətin əlaqələrinin gücləndirilməsi istiqamətində bir çox ciddi addımlar atıldı. Həmçinin, onun ictimai fəallığı nəzərə alınaraq Milli Məclisin deputatı seçildi. Sonradan isə Yeni Azərbaycan Partiyasının (YAP) əhəmiyyətli rayon təşkilatlarının birinə rəhbər seçildi. Hazırda da həm deputat, həm də YAP-ın rayon təşkilatının sədri kimi vəzifəsinin öhdəsindən uğurla gəlir”.
Bu sözləri Modern.az-a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
O, Şəmsəddin Hacıyevin İqtisad Universitetində rektor işlədiyi dövrdə yol verilən qanun pozuntuları haqda rəsmi məlumatlara və mətbuatın yazdıqlarına da münasibət bildirib:
“Hazırda bu istiqamətdə araşdırmalar davam edir. Onu da qeyd edim ki, həmin pozuntularda Şəmsəddin müəllimin adının olması ilə bağlı hər hansı bir məlumat yoxdur. Burada söhbət onun rəhbər olduğu dövrdən gedir. Nəzərə alsaq ki, istənilən universitet böyük bir holdinqdir. Onun hər hansı bir strukturunda qanun və maliyyə pozuntusu ola bilər. İlk növbədə isə həmin pozuntuya görə onu yaradan şəxslər qanun qarşısında cavab verməlidirlər. Ona görə də burada söhbət qanun pozuntusunun təşkilatçısının və iştirakçısının cəzalandırılmasından gedir. Şəmsəddin müəllimlə isə bununla bağlı rəsmi məlumat yoxdur. Buna görə də onu bu işdə ittiham etmək düzgün olmaz. Onu da qeyd edim ki, istintaq orqanlarının vəzifəsi hansısa bir ehtimal üzərində deyil, faktlar üzərində nəticəni göstərməkdir. Məndə heç bir şübhə yoxdur ki, bu istintaq məsələnin əsl təşkilatçılarını üzə çıxara biləcək. Mən çox istərdim ki, tələsik nəticələr çıxarılmasın. Və yaxud da kiminsə adı həmin dövrdə işlədiyinə görə günahsız yerə hallandırılmasın. Mən bu məsələdə dövlət istintaq orqanlarının nəticələrinin gözlənilməsinin tərəfdarıyam”.
Qeyd edək ki, Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədridir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 17-də jurnalistlərin suallarına cavab olaraq Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetində apardığı yoxlama materiallarına dair təhqiqatın davam etdiyini bildirib. O, istintaqın gedişi ilə bağlı əlavə məlumat verməyib.
2017-ci ilin sentyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Universitetdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borcların uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.
179.3.2-ci maddə üzrə 7 ildən 12 ilədək, 308.2 maddə ilə isə 3 ildən 8 ilədək cəza nəzərdə tutulur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024