Ermənilərdən Avropaya şikayət: “Sarkisyan yalançı, narkomandır”
Tarix: 23-01-2018 | Saat: 11:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri başlayıb. Onun Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulub. Bundan əlavə Sarkisyan Paris meri Ann İdalqo, senat rəhbəri Jerar Larşe ilə görüşəcək.
24 yanvarda isə Sarkisyan Strasburqda Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) qış sessiyasının iclasında iştirak edəcək. O, iclasda çıxış edəcək və deputatların suallarını cavablandıracaq.
Sarkisyan Avropa Şurasının baş katibi Torbyorn Yaqland, Avropa İnsan Haqları Məhkəməsinin sədri Qido Raymond, “Hüquq yolu ilə demokratiya” Avropa Komissiyasının (Venessiya komissiyası) sədri Canni Bukikio və AŞPA-nın yeni seçilən prezidenti ilə görüşlərə qatılacaq.
"Erməni dirçəlişi" ümumerməni təşkilatının Paris ofisinin nümayəndəsi, Fransa vətəndaşı Şant Voskerçyan erməni KİV-lərinə verdiyi müsahibədə bildirib ki, Sarkisyanın səfərini diqqətdənkənar və nəticəsiz qoymayacaqlar. Etiraz aksiyaları olmayacaq, bu dəfə siyasi görüşlər keçirməyə qərar veriblər.
Voskerçyan bildirib ki, artıq onlar Sarkisyanın görüşləri nəzərdə tutulan bütün təşkilat və rəhbər şəxslərə fransız və ingilis dillərində açıq məktublar göndərilib. Onlar müraciətlərində Ermənistanın hələ də sovet təsirindən xilas ola bilmədiyini, insan haqlarını kobud şəkildə pozmağa davam etdiyi və nəzərdə tutulan görüşlərdən narahatlıqlarını ifadə ediblər.
Məktubda qeyd edilib ki, 3 milyon əhalisi olan bir ölkədə 100-dən artıq siyasi məhbus olması normal hal deyil. 2016-cı ildə ayrı-ayrı şəxslərin guya dövlət çevrilişi cəhdində ittiham edilərək məhkəmələrə verildiyinə diqqət çəkilib.
Fransa dövlət qurumlarına, Avropa təşkilat rəhbərlərinə edilən müraciətdə Sarkisyanın qanuni yolla prezident seçilmədiyi, konstitusiyanı zorla dəyişdirərək cinayətkar bandası ilə hakimiyyətdə qaldığı vurğulanıb.
Sarkisyanın yalançı, narkoman, gülünc oyunçu olması müraciətdə xüsusilə diqqətə çatdırılıb. Bundan əlavə Sarkisyanın apreldə baş nazir olacağı, Londondakı adamını ölkəyə prezident gətirməsinin sosial partlayışa səbəb olacağı, nəticədə Sarkisyan və bandasının tarixin zibilliyinə düşəcəyi nəzərə çatdırılıb.(azvision.az)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024