Mobil versiya
Novruz Məmmədov Paris terrorundan yazdı
Tarix: 14-11-2015 | Saat: 15:34
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər



"Hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır"

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, amansız terror aktları nəticəsində Parisdə çoxsaylı insan həlak olub və yaralanıb:

"Bununla bağlı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir. Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir. Heç olmasa, hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır. Heç olmasa, bu məsələdə bütün dövlətlər ədalətli olmalıdır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024