Mobil versiya
Ramil Usubov Mingəçevirin rəisini işdən çıxardı
Tarix: 13-11-2015 | Saat: 18:40
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər




Aia.az AzVision.az-a istinadən xəbər verir ki, nazir Ramil Usubovun müvafiq əmri ilə Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən azad edilərək Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev Neftçala rayon Polis şöbəsinin rəis gətirilib.

Bundan başqa Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov da pensiya yaşına çatdığına görə, daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində Hacıyev Bəhruz Dilsuz oğlunun intiharından sonra şəhərdə baş verən qarşıdurmada bir neçə məsul şəxs cəzalandırılmışdı, prezident İlham Əliyev işi nəzarətə götürmüşdü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024