Mobil versiya
Gömrük Komitəsində sahibkarlığın inkişafına həsr olunmuş seminar keçiriləcək
Tarix: 11-11-2015 | Saat: 17:43
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər

Gömrük Komitəsində sahibkarlığın inkişafına həsr olunmuş seminar keçiriləcək

Dövlət Gömrük Komitəsində “Biz­nes subyektləri üçün əlverişli şərait ya­radılması məqsə­dilə gömrük pro­se­durları və əmə­liyyatları üzrə tət­biq edilən sadə­ləş­dirmələr» möv­­­zusunda seminar ke­çiriləcək.

Komitədən Lent.az-a daxil olan məlumata görə, Sahibkarlığın in­ki­şa­fına dəstəyin daha da artırılması, ölkə­mizdə sahib­kar­lıq sub­yekt­lə­rinin fəaliy­yətinin təş­viq edil­mə­si, maraqlı tərəflərin gömrük işi­nin müxtə­lif fəaliyyət istiqa­mət­­ləri barədə mə­lu­mat­landırılması, o cümlədən beynəlxalq ticarət təc­hizat zənci­rin­də yüklərin etibarlı və fa­si­ləsiz hə­rəkə­tinə əlverişli şərait yaradılması məqsə­dilə no­yabrın 13-14 tarixlə­rin­də, saat 10:00-da Ümumdünya Göm­rük Təş­kilatının Bakı şəhərində yerləşən Poten­sialın Güc­ləndirilməsi üzrə Avropa Regional Ofi­sində «Biz­nes subyektləri üçün əlverişli şərait ya­radılması məqsə­dilə gömrük pro­se­durları və əmə­liyyatları üzrə tət­biq edilən sadə­ləş­dirmələr» möv­­­zusunda seminar ke­çiriləcəkdir.

Seminarda iştirak etmək istəyən şəxslərin Dövlət Gömrük Komitəsinin internet səhifəsinin “Sahibkarlara dəstək” blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xa­hiş olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024