Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Gömrük Komitəsində sahibkarlığın inkişafına həsr olunmuş seminar keçiriləcək
Gömrük Komitəsində sahibkarlığın inkişafına həsr olunmuş seminar keçiriləcək11-11-2015, 17:43. Yazar: admin |
Dövlət Gömrük Komitəsində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr» mövzusunda seminar keçiriləcək. Komitədən Lent.az-a daxil olan məlumata görə, Sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılması məqsədilə noyabrın 13-14 tarixlərində, saat 10:00-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində «Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr» mövzusunda seminar keçiriləcəkdir. Seminarda iştirak etmək istəyən şəxslərin Dövlət Gömrük Komitəsinin internet səhifəsinin “Sahibkarlara dəstək” blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xahiş olunur. Geri dön |