Rəşad Sadıqovun milli komandaya baş məşqçi gətirilməyi DƏSTƏKLƏNİR
Tarix: 12-12-2017 | Saat: 16:00
Bölmə:Manşet / İdman | çapa göndər
Sabah Azərbaycanın 21 yaşlılarından ibarət milli komandamıza yeni baş məşqçi təyin olunacaq. Bu posta real namizədlər arasında yığma komandamızın və “Qarabağ” klubunun uzun müddət kapitanı olmuş Rəşad Sadıqov da var.
Futbol mütəxəssisi, “Neftçi” klubunun veteran futbolçusu Ağasəlim Mircavadov Modern.az-a açıqlamasında Rəşad Sadıqovun baş məşqçi postuna gətirilməsini uğurlu addım kimi qarşıladığını bildirib:
“ Mənim fikrimcə, Azərbaycanın əsas yığma komandası ilə 21 yaşlılardan ibarət komandanın taktikası, oyun sxemi eyni olmalıdır. Rəşad Sadıqov da Qurban Qurbanovla uzun müddətdir bir yerdə işləyir. Fikrimcə, bu addım millimiz üçün uğurlu olacaq”.
Qol.az saytının redaktoru Aydın Bağırov deyir ki, Azərbaycanın U-21 millisində Rəşad Sadıqovun baş məşqçi kimi nə dərəcədə böyük uğur qazanacağı ilə bağlı danışmaq hələ tezdir:
“Amma qeyd etmək lazımdır ki, Rəşad Sadıqov uzun müddətdir futbolun içində olan şəxsdir. Onun çox yaxşı bacarığı var, uzun müddət Azərbaycanın ən təcrübəli məşqçiləri ilə birlikdə işləyib. Hal-hazırda da Qurban Qurbanovla birlikdə çalışır. Nəzərə alsaq ki, Rəşad Sadıxoqun hələ məşqçi kimi təcrübəsi çox azdır, ona görə indidən millimiz üçün nə dərəcədə uğurlu olacağını demək tezdir”.
Aydın Bağırovun sözlərinə görə, Rəşad Sadıqov seçiləcəyi təqdirdə bir müddət komandada işləməlidir, bundan sonra onun fəaliyyətinə qiymət vermək olar:
“Ancaq mən əminəm ki, U-21 millimizdə indiyədək işləyən digər məşqçilərdən Rəşad Sadıqov daha faydalı olacaq”.
Həmkarımız qeyd edib ki, çox böyük ehtimalla Rəşad Sadıqov 2017-2018-ci il mövsümünün sonunda klub karyerasını yekunlaşdıracaq. O, klubun ən əsas mərkəz müdafiəçisi olduğundan əvəzinə güclü transfer edilməsi mütləqdir.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmov U-21 millimizə baş məşqçi seçilməyə ən layiqli namizədlərdən biri Rəşad Sadıqovun olduğunu düşünür: “Öncə onu qeyd edim ki, Rəşad futbolun sirlərinə yiyələnən təcrübəli futbolçudur. Millidə futbolçu karyerasını bitirib, yayda “Qarabağ” klubundakı karyerasını da başa vuracaq. Eyni zamanda, “Qarabağ” klubunun 19 yaşlılarından ibarət komandasında da baş məşqçi kimi çalışır. Və oradakı işi ilə də göstərib ki, daha böyük vəzifələrdə çalışa bilər, buna qadirdir”.
Mahir Rüstəmov qeyd edib ki, Rəşad Sadıqov Qurban Qurbanovun ən çox inandığı kadrlardandır. Qurban Qurbanovun özü də istəyir ki, Azərbaycan U-21 millisinə elə bir baş məşqçi təyin olunsun ki, hər hansı vacib məqamlarda onunla məsləhətləşə bilsin: “Mən Rəşad Sadıqovun U-21 millimizin baş məşqçisi olması təklifini dəstəkləyirəm”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər