Mobil versiya
Məhkəmədən qəti hökm: Aygün Natavandan üzr istəməlidir!
Tarix: 10-11-2015 | Saat: 15:50
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Məhkəmədən qəti hökm: Aygün Natavandan üzr istəməlidir!
Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib

Aia.az -ın Apellyasiya məhkəməsinin saytına istinadən məlumatına görə, xalq artistinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, müğənni Natəvan Həbibi A. Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. N. Həbibi iddia ərizəsində A. Kazımova tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Bunun üçün A. Kazımovanın N. Həbibidən üzr istəməsi tələb olunub. Məhkəmə N. Həbinin iddiasını təmin edib. Belə ki, məhkəmənin qətnaməsinə görə, xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Həmin qətnamədən A. Kazımovanın verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməyib.

Lakin həmin qətnamə A. Kazımova tərəfindən icra olunmadığı üçün N. Həbibi yenidən məhkəməyə müraciət edib. Belə ki, A. Kazımova məhkəmə qərarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulması istənilib. Məhkəmə A. Kazımovanın ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edib. Bundan sonra A. Kazımova həmin qərardan apellyasiya şikayəti verərək məhdudiyyətin götürülməsini istəyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə