Mobil versiya
Vasif Talıbov əsgəri yaşayış kompleksinin açılışını etdi
Tarix: 08-11-2015 | Saat: 15:30
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Vasif Talıbov əsgəri yaşayış kompleksinin açılışını etdi
Naxçıvan Muxtar Respulikasının uca dağ silsilələrinin əhatəsində yerləşən Soyuq bölgəsində yerləşən hərbi hissə üçün yeni əsgəri yaşayış kompleksi istifadəyə verilib. Aia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlib, əsgəri yaşayış kompleksinin açılışında iştirak edib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

Ali Məclisin sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, xidməti fəaliyyətlərində fərqləndiklərinə görə şəxsi heyətə təşəkkür elan edib. Hərbi hissənin zabiti Çingiz Hüseynov minnətdarlıq edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər istər hakim yüksəkliklərdə, istərsə də daimi yaşayış məntəqələrinə yaxın ərazilərdə eyni səviyyədə aparılır.

Sonra Ali Məclisin sədri açılışı bildirən lenti kəsib, əsgəri yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, binada əsgər və zabitlər üçün yataq otaqları, məişət və ideoloji otaqlar, tibb otağı, mətbəx, yeməkxana, eləcə də komandir heyəti üçün xidməti otaqlar var. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Ali Məclisin sədri şəxsi heyətlə nahar edib, onlarla xatirə şəkli çəkdirib.
Hərbi hissənin əhatə etdiyi postlarda olan V.Talıbov əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə