“Qarabağ” FK hakimdən UEFA-ya şikayət etməyəcək - RƏSMİ
Tarix: 25-11-2017 | Saat: 11:49
Bölmə:Manşet / İdman | çapa göndər
UEFA Çempionlar Liqasının beşinci turu çərçivəsində keçirilən " Qarabağ”- " Çelsi” qarşılaşmasında hakimin verdiyi mübahisəli qərarlar hələ də gündəmdədir. Hakimin verdiyi 2 penalti qərarı və Rəşad Sadıqova verilən qırmızı vərəqə ilə bağlı mübahisələr davam edir.
Futbol+ " qəzetinin baş redaktoru Mahir RüstəmovModern.az-a açıqlamasında bildirdi ki, bu oyunla bağlı UEFA-ya heç bir şikayət verilə bilməz. Və hakimin ilk epizodda verdiyi qərar səhv qərar kimi qəbul edilə bilməz:
"Hakimin verdiyi penalti qərarları adətən müzakirə edilmir. Hakimlər oyun qaydaları ilə bağlı hansısa səhvə yol verərsə, yəni bu qaydaları bilməməkdən irəli gələn səhvə yol verirsə bu halda klub şikayət edə bilər və nəyəsə nail ola bilər”.
Mahir Rüstəmovun sözlərinə görə, penalti qərarı hakimin mühakiməsindədir.
"Hakimin verdiyi qərar sadəcə müzakirə edilə bilər, qınana bilər. Amma bu səbəbə görə, UEFA-ya şikayət edərək nəyəsə nail olmaq mümkün deyil. Oyunun təkrar keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Bunun heç bir əsası yoxdur. Təkrar olaraq qeyd edirəm ki, bu ancaq o halda ola bilər ki, hakim oyunun qaydalarını bilmədən hər hansı kobud səhv etsin”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda "Qarabağ” rəqibinə 0-4 hesabı ilə məğlub olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər