Qurban Qurbanov: "Sabah layiqli oyun göstərməyə çalışacağıq"
Tarix: 21-11-2017 | Saat: 14:45
Bölmə:Manşet / İdman | çapa göndər
"Sabah layiqli oyun göstərməyə çalışacağıq". Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərənin "Çelsi” komandasına qarşı oyun ərəfəsində keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, sabahkı oyun həm "Qarabağ", həm də rəqib üçün vacib matçdır: "Hər şeyi başa düşürük, rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq. Bu, Bakıda son matçımızdır".
Oyunöncəsi təzyiqə toxunan Q.Qurbanov qeyd edib ki, Çempionlar Liqası bir nömrəli turnirdir, burada azarkeşlər daha yaxşı nəticə gözləyirlər: "Təzyiq həmişə olur ki, bu da normaldır. Lakin vəziyyəti düzgün qiymətləndirməliyik. Biz "Çelsi”yə qarşı oynayırıq. Sabah layiqli oyun göstərməyə çalışacağıq. Rəqib komandanın futbolçuları meydanda düşünülmüş şəkildə hərəkət edirlər".
Ağdam təmsilçisinin baş məşqçisi futbolçularına güvəndiyini qeyd edib: "Biz qrupda üçüncü yer haqqında yox, məğlub olsaq belə, azarkeşlərimizin stadiondan razı getməsi barədə düşünürük".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər