Mobil versiya
“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı
Tarix: 18-11-2017 | Saat: 14:45
Bölmə:İdman | çapa göndər

“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı


"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin "Çelsi” ilə ev oyunu üçünsatışa çıxarılan biletlərin bitdiyi barədə xəbər vermişdik.

aia.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, "Çelsi” onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib.

"Qarabağ” isə oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadır, satış məntəqələrinə yaxınlaşaraq biletlərinizi əldə edə bilərsiniz.
Satış məntəqələri:

"Gənclik mall” və "28 mall”
"Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024