"Həmin şərəfsizlərə deyirəm ki, sevinməyin" - Samir Ələkbərovdan ağır ittihamlar
Tarix: 15-11-2017 | Saat: 17:25
Bölmə:İdman | çapa göndər
U-21 millimizdən ayrılan Samir Ələkbərov Qol.az-ın suallarını cavablandırıb. Sabiq baş məşqçi bir çox maraqlı məqama toxunub.
- Millimizdən gedişinizi özünüz istədiniz?
- Mən milliyə 3 oyunluq gəlmişdim. İşim başa çatdığı üçün komandadan ayrıldım.
- Yaxşı nəticələr olsaydı, millidə qala bilərdiniz?
- Yox. Belə bir söhbət olmayıb. Onsuz da Almaniya kimi rəqibimiz var idi. İki dəfə onlarla qarşılaşdıq.
- Üç oyundan sonra millimiz haqda hansı nəticəyə gəldiniz?
- Mən nəticəni sırf özümdən çıxardım. Futboldan kənar işlər var idi ki, onlar mənə dərs oldu. Böyük səhv etdiyimi anladım.
- Nəyi nəzərdə tutursunuz?
- Artıq hər şey göz qabağında idi. 1:6, 0:7 hesablı məğlubiyyətlər hər şeyi deyir. Başqa açıqlama vermək istəmirəm.
- AFFA Məşçilər Komitəsinin üzvü Böyükağa Hacıyev müsahibəsində bildirib ki, köməkçiniz Aslan Kərimov sizin işinizə qarışıb. Hətta Hacıyev bununla bağlı sizə irad da bildirib.
- Kişi özü hər şeyi deyib də (gülür). AFFA-nın baş katibi Elxan Məmmədov köməkçilərimi mənə təqdim edəndə Aslanı görüb sevindim. Heç baş məşqçi təyin olunmağıma bu qədər sevinməmişdim.
- Aslan Kərimovla aranızda çəkişmə var idi?
- Mən problemli adam deyiləm. Heç bir çəkişmə olmadı. Ancaq ab-hava istədiyim kimi deyildi. Özümü çox pis hiss edirdim.
- Niyə?
- Çünki məni vitrindəki cansız maniken kimi istifadə edirdilər.
- İşinizə necə müdaxilə olunurdu?
- Demək olar ki, işimi tam əllərinə almışdılar. Hətta Almaniyaya 1:6 hesabı ilə uduzanda Aslan və Cahangirə dedim ki, belə olmaz axı, baş məşqçi mənəm. Dedilər ki, səhvimizi başa düşdük. Həmin ərəfədə çox əsəbi idim. Hələ də özümə gələ bilməmişəm. İndi onlarla mətbuat vasitəsilə danışmaq istəmirəm. Hər şeyi üzlərinə də deyərəm. Məni tanıyan tanıyır.
- Deməli, Aslan Kərimovla Cahangir Həsənzadə milliyə sizin istəyinizlə gətirilməmişdi?
- Mənim də istəyim var idi.
- Bəs necə oldu ki, aranızda bu cür münaqişə yarandı?
- Mən onlara sərbəstlik verdim. Ancaq gərək çərçivədən çıxmayasan. Hər şeyin bir həddi var. Bütün məğlubiyyətlərə cavabdeh mən idim. Hamı gedir işinə, cavab verən mən oluram. Mətbuatla da üz-üzə qalıram, azarkeşlərlə də.
- Uzun illər işsizlikdən sonra milliyə baş məşqçi təyin olunmuşdunuz. Bundan sonra nə etməyi düşünürsünüz?
- İnanın ki, məni elə sillə tutub ki, indi gözümə heç nə görünmür. Hələ bu barədə fikirləşə bilmirəm.
- Sizi futboldan küsdürdülər?
- Mən futbolu sevən adamam. Heç kim məni futboldan küsdürə bilməz. Bu üç ayı elə əziyyət çəkdim ki... Günüm gün deyildi. Bunu AFFA-nın məsul şəxslərinin üzünə də deyərəm. Telefonum dayanmırdı. Hamı mənə futbolçu göstərirdi. "Niyə onu götürmürsən, bunu götürmürsən?" deyirdilər. Axırda dedim nə olub, bir dayanın görüm. Bəziləri ilə dava da etdim. Dedim, siz məni kimləsə səhv salırsınız. Mənim 100 dostum, hərəsinin bir adamı var. Mən 11 futbolçu yığmalıyam. 100 futbolçunu neynirəm? Bazar deyil axı.
- Sizə futbolçu təklif edənlər kim idi?
- Hamısı futbolumuzun qaymaqları idi. Ad çəkmək istəmirəm. Qoy, özləri görsünlər. Mən gecə evimdə də otura bilmirdim. Telefonum partlayırdı. İndi də həmin adamlar sevinirlər. Həmin şərəfsizlərə deyirəm ki, sevinməyin. Məni gic elədilər. Bundan sonra başıma hava gələ bilər. Üzlərinə də demişəm. Harda işləsəm, bilsinlər ki, mən Samir Ələkbərovam. Mən özüm işləyəcəm, qərarı özüm verəcəm.
- Sizə təklif olunan futbolçuların heç birini milliyə çağırmadınız?
- Yox. Ancaq öz bildiklərimi çağırdım. Mənə deyirdilər ki, filan futbolçunu çağır də. Başa düşmürlər ki, belə bir vaxtda baxışa futbolçu çağırılmır. Mənim ən zəhləm gedən şey futbolçunu vacib oyunlar ərəfəsində baxışa çağırmaqdır.
- Demək olarmı U-21 millimiz elə həmin sifarişlə çağırılan futbolçuların hesabına bu gündədir?
- Mən əvvəlki məşqçilər haqda nəsə demək istəmirəm. Bilmirəm, əvvəl necə olub. Ancaq işin içinə girəndə gördüm ki, gərək heç komandaya gəlməzdim.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər