“Qarabağ”dan çəkinmirik” – Fərhad Vəliyev
Tarix: 13-11-2017 | Saat: 17:11
Bölmə:İdman | çapa göndər
"Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev Qol.az saytının suallarını cavablandırıb. Topaz Premyer Liqasının 12-ci turunda "Qarabağ”la keçiriləcək oyun ərəfəsində fikirlərini açıqlayan37 yaşlıqolkiper son qarşılaşmalarda yol verdiyi kobud səhvlərdən də danışıb.
- "Qarabağ”la oyun öncəsi çempionatda yaranmış fasilədən necə yararlanırsınız?
- Fasilədə bir neçə oyunçumuz millinin düşərgəsinə yolllandı. Buna baxmayaraq, digər oyunlara olduğu kimi, "Qarabağ”la matça da komanda şəklində hazırlaşırıq. Çünki "Qarabağ” çempionatın ən güclü komandasıdı. Həmişə onlarla oyunlarımız ağır keçib. Səfərdən ən azı bir xalla dönüb azarkeşlərimizi sevindirmək istəyirik.
- Birinci dövrədəki oyunda "Qarabağ”a 1:4 hesabı ilə uduzmuşdunuz. Həmin məğlubiyyətdən hansısa nəticəni çıxarmısınız, yoxsa 4:1 hesabı "Qarabağ”la "Sumqayıt”ın səviyyə fərqinin göstəricisidi?
- Həmin oyunda komandamız pis təsir bağışlamamışdı. Hətta ilk hissədə 1:0 hesabı ilə öndə idik. İkinci hissədə isə bəzi səhvlərimizdən yararlanıb 4:1 önə keçdilər. Yadınızdadırsa, Cavid İmamverdiyev də zədələnmişdi. Buna baxmayaraq, komanda şəklində yaxşı oynamışdıq. Komandada heç kim "Qarabağ”dan çəkinmir. Təcrübəli futbolçu olaraq, onları başa salırıq ki, öz oyunlarını oynasınlar. Hər şey yaxşıya doğru gedəcək.
- "Qarabağ”la "Sumqayıt”ın duelləri həmişə maraqlı alınır. Çünki hər iki komanda sürətli oyuna üstünlük verir. Bu dəfə də baxımlı oyun görə biləcəyik, yoxsa birinci dövrədəki məğlubiyyətə görə bir qədər ehtiyatlı oynayacaqsınız?
- Son iki mövsümdə "Qarabağ”la görüşlərdə oyunu müdafiədən qururuq. Əks-hücumlara üstünlük veririk. Çünki "Qarabağ” topa çox sahib olmağı sevir. Bu dəfə də çalışacağıq ki, müdafiədə rəqibə boşluqlar verməyək. Ən azından qapımızı toxunulmaz saxlamağa çalışacağıq.
- Əvvəlki illərdən fərqli, "Sumqayıt” bu mövsüm həm oyun, həm də turnir cədvəlindəki mövqeyi baxımından daha yaxşı yerdədir. Ancaq adətən bu tip klublarda konkret strategiya olmur ki, müvafiq yer tutub avrokuboklarda iştirak etsin. Hazırkı gedişat komandada o istəyi yaradırmı ki, bəlkə biz də beynəlxalq arenada özümüzü sınayaq?
- Oyunçularla aramızda söhbət edəndə danışırıq ki, komandanın gücü var. Bu il yaxşı yerlərdən birini tutmaq olar. Reallıqdan danışsaq, 1-ci nyer bizim üçün çətin görünür. Çünki "Qarabağ”, "Qəbələ”, "Zirə” kimi klublar var. Ən real namizəd isə "Qarabağ”dır. Çox yaxşı heyəti var. Amma 2-ci, 3-cü yerlər uğrunda digər komandalarla başabaş mübarizə apara bilərik. Oyunlar da bunu göstərir. Belə davam eləsək, avrokuboklara vəsiqə qazana bilərik.
- Baş məşqçi Samir Abasov da tez-tez hiss elətdirir ki, müəyyən hədəfə çatmaq üçün legioner istəyir. Sən necə düşünürsən, komandanı gücləndirmək üçün əcnəbi futbolçulara ehtiyac varmı?
- Mən əvvəlcə klubumuzun rəhbərliyinin bu addımını dəstəkləyirəm ki, yerli futbolçuların oynamağına şərait yaradırlar. Çox düzgün strategiyadı. Sumqayıtda gənc futbolçuların yetişməsi üçün yaxşı imkandı. "Sumqayıt”ın əsas komandasına hər bir gəncin yolu açıqdı. Bütün strategiya bunun üzərində qurulub. Bu, həm Azərbaycan, həm də Sumqayıt futboluna xeyirdi.
- Ardıcıl 2 oyundur ki, kobud səhvlərə yol verirsən. Elə baş məşqçi də oyunsonrası mətbuat konfransında bu məsələyə toxunmuşdu. Bəlkə problem yaşının çox olması ilə bağlıdır?
- Mən belə düşünmürəm. Hələ ki, gücüm var. Oynamaq fikrindəyəm. Hər bir futbolçunun, qapıçının səhvi olur. Əsas odur ki, nəticə çıxardıb, bir də təkrarlamayasan. Dünya futbolunda da, elə yerli çempionatımızda da səhvlər olur. Bunun üstündə çox da dayanmaq düzgün deyil. Səhvi unudub, qabağa baxmaq lazımdı. Çünki səhvdən heç kim sığortalanmayıb. "Neftçi” ilə oyunda səhvim var idi. Belə olmağını istəməzdim. Amma bu cür alındı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər