İlham Əliyev: “Əsrin Müqaviləsi” bizə güc verdi
Tarix: 08-11-2017 | Saat: 16:55
Bölmə:Manşet / Siyasət | çapa göndər
"Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət edirlər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb”.
Bunu prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, Xəzər dənizində neft-qaz yataqlarının aşkarlanmasında, istismarında və bütövlükdə Azərbaycanın inkişafında neftçilərin rolu yüksəkdir.
"1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi” bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi. Azərbaycanın tanıda bildi. Dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri həyata keçirildi”.
Prezident çıxışında "Şahdəniz” yatağı üzrə imzalanan müqavilənin əhəmiyyətindən söz açıb, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, Bakı-Supsa neft-qaz kəmərlərinin ölkəmiz üçün rolundan danışıb. Ölkə başçısı Bakıda ən müasir qazma qurğularının inşa edildiyini, paltformaların tikildiyini, qara qızılın insan kapitalına çevrildiyini, neftdən gələn gəlirlərin səmərəli istifadə olunduğunu bildirib.
Prezident bildirib ki, Azərbaycan nefti ölkəmizə rifah, sabitlik, inkişaf gətirib. Neft-qaz amili ölkəmizin gələcəkdədə inkişafında önəmli rol oynayacaq. Dövlət başçısı Azərbaycanın kifayət qədər neft və qaz ehtiyatına malik olduğunu diqqətə çatdırıb.(azvision.az)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
10:34 Dünya Bakıda toplaşıb !
13-11-2024