“Yəqin ki, Pedro Enrikeyə 2 oyunluq cəza veriləcək”
Tarix: 07-11-2017 | Saat: 18:15
Bölmə:İdman | çapa göndər
Çempionlar Liqasının qrup mərhələsinin IV turunun "Atletiko” ilə oyununda qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Pedro Enrikenin cəzası noyabrın 10-da açıqlanacaq.
Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, sözügedən görüşün 59-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə endirdiyi üçün birbaşa qırmzı vərəqə alan braziliyalı yarımmüdafiəçinin məsələsinə UEFA İntizam Komitəsinin 10 noyabr tarixli iclasında baxılacaq.
FİFA dərəcəli keçmiş hakim Anar Salmanov Qol.az-a açıqlamasında qurumun Enrikeyə 2 oyunluq cəza verə biləcəyini bildirib: "Hakim ciddi qayda pozuntusu kimi Pedroya qırmızı vərəqə göstərdi. Ciddi qayda pozuntusu qorunmayan bir hissəyə ayağın altı ilə zərbə deməkdi. Bu, birbaşa qırmızı vərəqədi. Səht etmirəmsə, Çempionlar Liqasında birbaşa qırmızı vərəqənin cəzası 2-5 oyun arasıdır. 2 "sarı”dan 1 qırmızı vərəqəyə görə 1 oyun cəza verirlər. Çempionlar Liqasının hər bir hakiminə reqlament gəlir. Futbolçular nizam-intizam kodeksinə görə cəzalanırlar. Məncə, Pedroya 2 turluq cəza verəcəklər. Çünki burda təhqir, bilərəkdən zərbə yoxdur. Adi oyun epizodudur. Cüneyt Çakırın Naniyə qırmızı vərəqə göstərdiyi epizod yadınızdadır? Orada bədənə zərbə idi, burada isə üzə”.
Qeyd edək ki, Enrike "Atletiko” ilə oyunun 58-ci dəqiqəsində Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün görüşün baş hakimi Dəniz Aytəkin tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər