Avropa çempionu olan Rauf Məmmədov polis əməkdaşı imiş
Tarix: 07-11-2017 | Saat: 18:10
Bölmə:İdman | çapa göndər
Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasında keçirilən klublararası komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının qalib olması xəbəri ölkəmizdə böyük sevinclə qarşılanıb. Qitənin ən iti zəkalı şahmatçılarının qarşılaşmasında uğur qazanan millimizin tərkibində daxili işlər orqanlarının təmsilçisinin olması polis idmançılarının son vaxtlar əldə etdiyi nailiyyətlər sırasına yenisini əlavə edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, qitə şahmatçılarının həlledici qarşılaşmasında millimizin tərkibində DİN İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantı Rauf Məmmədov da təmsil olunub.
Polis baş leytenantı R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildən qrossmeysterdir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. 2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb.
2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir. Üçqat Azərbaycan çempionudur. Həmişə olduğu kimi, bu yarışa da əvvəlcədən ciddi hazırlaşan R.Məmmədov komandamızın qələbəsinə öz töhfəsini verib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər