Mobil versiya
“Qurbana deyirdim ki, milliyə getmə” – Millət vəkili
Tarix: 03-11-2017 | Saat: 15:24
Bölmə:Karusel / İdman | çapa göndər

“Qurbana deyirdim ki, milliyə getmə” – Millət vəkili


"Berti Foks və Robert Prosineçki Azərbaycan millisini dağıtmaqla məşğul olub”

Mili Məclisin deputatı, “Qarabağ” klubunun azarkeşi Aqil Abbas Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin edilməsinə münasibət bildirib. Deputat AzVision.az-a deyib ki, Qurban Qurbanovun “Qarabağ”ı tərk etmədən milliyə baş məşqçi təyin edilməyi sevindirici haldır.

“Həmişə Qurbana deyirdim ki, milliyə getmə, “Qarabağ”ı buraxma. Əgər milliyə getsən, o zaman “Qarabağ”ın baş məşqçisi olmalısan. Misal da çəkdim ki, Lobanovski həm “Dinamo Kiev”in, həm də SSRi yığmasının baş məşqçisi olub.Peskov da bir müddət “Spartak”ın baş məşqçisi olub, həm də milliyə nəzarət edib. Qurbana deyirdm ki, baş məşqçi təklifi ilə razılaşsan, “Qarabağ”da qalmalısan”.

Deputat hesab edir ki, Berti Foks, Robert Prosineçki Azərbaycan millisini dağıtmaqla məşğul ilub: “Qurbana inanıram. Əminəm ki, millidə nəsə edəcək”

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək. Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5405 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}