“Qarabağ” topla “Atletiko”dan daha yaxşı oynadı"
Tarix: 01-11-2017 | Saat: 15:11
Bölmə:İdman | çapa göndər
Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Qol.az saytının suallarını cavablandırıb. Təcrübəli mütəxəssis müsahibəsində “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər oyununu (1:1) dəyərləndirib.
- “Qarabağ” çətin Madrid səfərindən 1 xalla qayıtdı. Oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- “Qarabağ” dünən çox gözəl oyun göstərdi. Hətta komandamız sırf oyununa görə qalib gəlməli idi. Görünür, Simeone “Qarabağ”ı düzgün dəyərləndirməmişdi. Demirəm, Simeonedən ağıllıyam, yaxud da zəif məşqçidir. Sadəcə, rəqibi yaxşı analiz etməmişdi. “Atletiko” dünən Bakıdakı kimi oynadı. “Qarabağ” isə rəqibi yaxşı analiz edib, xalını qazandı.
- Sizcə, “Qarabağ”a qələbə qazanmaq üçün nə çatmadı?
- Hesab 1:0 olanda Şeydayevin ötürməsindən sonra Pedro Enrike topa toxuna bilsəydi, oyunun taleyi həll olunardı. “Qarabağ” topla “Atletiko”dan daha yaxşı oynadı. Birinci hissədə yerli azarkeşlər “Atletiko”nu fitə basırdı. “Qarabağ” top saxlayanda, “Atletiko” meydanda gəzinti ilə məşğul idi.
- Artıq komandamızın 2 xalı var. Çempionlar Liqasında mübarizəni davam etdirmək çətin görünür. Necə düşünürsünüz, qrup üçüncüsü olaraq, Avroliqanın “pley-off”una düşmək olar?
- Hər bir şey ola bilər. ÇL-də qalmaları bir az çətindi. Çünki “Roma” ilə “Çelsi”nin 7-8 xalları var. Yadınızdadırsa, “Qarabağ” bu turnirin qrup mərhələsinə düşəndə müsahibəmdə demişdim ki, komandamız bu rəqiblərin hər birinə qalib gələ bilər. Avropada oyunlara fikir verin, dünən “Barselona” “Olimpiakos”u, “Yuventus” “Sportinq”i uda bilmədi. Hər bir komandaya qalib gəlmək mümkündü. “Qarabağ” da topla yaxşı oynayan komandadı. İspan klubları ilə oyun üslubu, səviyyəsi eynidi. Amma İngiltərə, Almaniya, İtaliya kimi ölkələrin klubları ilə belə deyil. Qarşıda “Çelsi” ilə oyun var. İnanıram ki, bu rəqiblə oyundan da xal götürmək olar. “Atletiko”nun da “Çelsi” və “Roma” ilə çox çətin oyunları var. “Qarabağ” bir oyunda qalib gələ bilsə, Avroliqanın “pley-of”una çıxa biləcək. Çünki “Atletiko” hazırda psixoloji cəhətdən yaxşı durumda deyil. Hətta eşitdiyimə görə, Simeonenin komandadan getmək ehtimalı var. İnanmıram ki, “Atletiko” “Roma” və ya “Çelsi”yə qalib gələ bilsin.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər