Mobil versiya
Sabahın havası – Güclü külək, yağış, qar
Tarix: 01-11-2017 | Saat: 15:02
Bölmə:Ölkə | çapa göndər

Sabahın havası – Güclü külək, yağış, qar



Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 2-dəhavanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16,Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiq i762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəziyerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 14-19,dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə