Ana Sayfa > Ölkə > Sabahın havası – Güclü külək, yağış, qar
Sabahın havası – Güclü külək, yağış, qar1-11-2017, 15:02. Yazar: admin |
Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 2-dəhavanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16,Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiq i762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında bəziyerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 14-19,dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. aia.az Geri dön |