Mobil versiya
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO
Tarix: 21-10-2017 | Saat: 15:32
Bölmə:İdman / Manşet | çapa göndər

“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO


Azərbaycanın "Qarabağ” futbol klubunun azarkeşlərini "En ezik kareografi”adlı yazısı ilə təhqir edən "Sabah” qəzetinin yazarı Mövlud Tezel nəhayət üzr istədi.

aia.az xəbər verir ki, bu barədə M.Tezel özünün Tvitter hesabında yazıb.

"Diqqətli oxunursa, yazım sadəcə bu xoreoqrafiya haqqında əyləncəli bir şərhdir. Əgər Azərbaycan xalqını və qarabağlıları üzdümsə, üzr istəyirəm”, - deyə Tezel bildirib.
Xatırladaq ki, Türkiyənin "Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ” – "Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə çıxış edib.
Müəllif"En ezik kareografi” adlı yazısındaazarkeşlərimizin A4 formatlı kağıza"Qarabağ”sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli görüntü adlandırıb.
Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla qarşılanıb. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aşılıb və Türkiyə mətbuatı qınanılıb.

Bundan sonra Mövlud Tezelin yazısı "Sabah” qəzetinin saytından silinib.(modern.az)

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024