"Qarabağ"ın rəhbərliyindən Türkiyənin “Sabah” qəzetinə sərt CAVAB
Tarix: 21-10-2017 | Saat: 14:04
Bölmə:İdman / Manşet | çapa göndər
"Qarabağ" klubundan Türkiyənin “Sabah” qəzetində dərc olunan köşə yazısına sərt reaksiya verilib.
Modern.az-ın məlumatına görə, "Qarabağ" Futbol Klubunun direktoru Əmrah Çəlikəl bildirib ki, ən böyük fağırlıq Azərbaycan və “Qarabağ”ın uğurlarına dəstək olmamaqdır.
“Əgər mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz köşə yazıb özünü gülünc vəziyyətə salmazdınız. Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman “ezik” olmaqdan qurtula bilərsiniz. Tərtəmiz qəlblərlə və əllərlə yazılmış “Qarabağ” adı bizim üçün müqəddəsdir. O hərfləri yazan təmiz əllər var olsun”.
Qeyd edək ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə çıxış edib.
Müəllif “Ezik kareoqrafi” adlı yazısında azarkeşlərimizin A4 formatlı kağıza “Qarabağ” sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli görüntü adlandırıb.
Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla qarşılanıb. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aşılıb və Türkiyə mətbuatı qınanılıb.
Bundan sonra Mövlud Tezelin yazısı “Sabah” qəzetinin saytından silinib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər