Mobil versiya
"Məqsədimiz sağlam ruhlu, vətənpərvər, qorxmaz gənclərimizin yetişməsidir"
Tarix: 17-10-2017 | Saat: 17:53
Bölmə:İdman | çapa göndər

"Məqsədimiz sağlam ruhlu, vətənpərvər, qorxmaz gənclərimizin yetişməsidir"


Bakı şəhəri Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə 21-22 oktyabr 2017-ci il tarixində Sərhədçi İdman Kompleksində kikboksinq üzrə Bakı Çempionatı keçiriləcək.


Yarışla bağlı "Ölkə.Az"a məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev çempionatın maraqlı olacağını bildirib:

"Bu gün təşkil etdiyimiz çempionatlarla ölkəmizdə peşəkar kikboksinqin inkişafına nail olmaq istəyirik. Dünya kikboksinq idman növünə maraq böyükdür. Əsas məqsədimiz sağlam ruhlu, vətənpərvər, qorxmaz gənclərimizin yetişməsi və onların dünyanın nüfuzlu yarışlarında ölkəmizi layiqincə təmsil etmələrindən ibarətdir”, - deyə A.Əliyev əlavə edib.

Qeyd edək ki, final yarışları 22 oktyabr 2017-ci il tarixində saat 19:00- da baş tutacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024