Bakıda tarixi oyun, 19 illik revanş şansı
Tarix: 15-08-2017 | Saat: 10:41
Bölmə:İdman / Karusel | çapa göndər
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.
Aia.Az apasport.az-a istinadən xəbər verir ki,Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq.
Ardıcıl 4 dəfə ölkə çempionu olan "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son addımı atmağa çalışacaq. Son 3 ildə pley-offun astanasında ilişən Qurban Qurbanovun yetirmələri bu raunddakı ilk matçını evdə keçirəcək.
Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"lə üz-üzə gələcək. Əyalət klubu Danimarka çempionunu zərərsizləşdirməklə daha bir tarix yazmağın astanasındadı.
Bu, Azərbaycan klublarının şimal ölkəsinin təmsilçiləri ilə ikinci duelidi. İlk qarşılaşmalar da məhz bu iki komanda arasında olub. 1998/99 mövsümünün Kuboklar kubokunda "Qarabağ"la "Kopenhagen"in yolları kəsişib. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan "Qarabağ" 19 il sonra revanş almağa köklənib.
Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun
15 avqust
20:00. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka)
Baş hakim: Paolo Taqliavento
Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024