Ana Sayfa > İdman / Karusel > Bakıda tarixi oyun, 19 illik revanş şansı
Bakıda tarixi oyun, 19 illik revanş şansı15-08-2017, 10:41. Yazar: admin |
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək. Aia.Az apasport.az-a istinadən xəbər verir ki,Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq. Ardıcıl 4 dəfə ölkə çempionu olan "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son addımı atmağa çalışacaq. Son 3 ildə pley-offun astanasında ilişən Qurban Qurbanovun yetirmələri bu raunddakı ilk matçını evdə keçirəcək. Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"lə üz-üzə gələcək. Əyalət klubu Danimarka çempionunu zərərsizləşdirməklə daha bir tarix yazmağın astanasındadı. Bu, Azərbaycan klublarının şimal ölkəsinin təmsilçiləri ilə ikinci duelidi. İlk qarşılaşmalar da məhz bu iki komanda arasında olub. 1998/99 mövsümünün Kuboklar kubokunda "Qarabağ"la "Kopenhagen"in yolları kəsişib. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan "Qarabağ" 19 il sonra revanş almağa köklənib. Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq. Çempionlar Liqası Pley-off mərhələsi İlk oyun 15 avqust 20:00. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) Baş hakim: Paolo Taqliavento Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya) Hakim-inspektor: Frits Stuçlik (Avstriya) UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu aia.az Geri dön |