Mobil versiya
İlqar Mikayıloğlunun vəziyyəti ilə bağlı ATV-dən AÇIQLAMA
Tarix: 15-07-2017 | Saat: 10:59
Bölmə:Karusel | çapa göndər

İlqar Mikayıloğlunun vəziyyəti ilə bağlı ATV-dən AÇIQLAMA





Xəbər vermişdik ki, aparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.

Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı ilan sancıb və o, dərhal hospitala aparılıb.

Aia.Az xəbər verir ki, a24.az "ATV" telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovla əlaqə saxlayıb:

"Yeni mövsümdən yayımlanacaq "İlqarla bir gün" adlı verilişin kollektivi pilot çəkilişi üçün Füzuli rayonunun Haramı düzü adlanan yerində olub. Aparıcını çəkiliş zamanı su ilanı sancıb. Təcili tibbi yardım çağırılıb və onlar önləmalıcı iynə vurub gediblər. Hazırda vəziyyəti yaxşıdır, həyati təhlükəsi yoxdur. İlk anlar ilan sancma xəbərindən həyəcanlanan İlqar Mikayıloğlunun xanımı Zülfiyyə xanım vəziyyətinin ağır olduğunu bildirib. Amma heç bir həyati təhlükəsi yoxdur, bir qədər özünə gəldikdən sonra çəkilişləri davam etdirəcəklər".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024