İŞİD terror təşkilatının Livandakı lideri ələ keçirilib
Tarix: 25-06-2025 | Saat: 21:15
Bölmə:Özəl | çapa göndər

Livan ordusu İŞİD terror təşkilatının ölkədəki liderinin ələ keçirildiyini açıqlayıb. Qeyd olunub ki, “Kəsura” ləqəbli İŞİD üzvü bu vəzifəyə təşkilatın Livandakı keçmiş lideri Əbu Səid əl-Şaminin ələ keçirilməsindən sonra təyin edilib.Ordudan verilən yazılı açıqlamada, Hərbi Kəşfiyyat İdarəsinin "bir sıra izləmə və kəşfiyyat işlərindən sonra" həyata keçirdiyi əməliyyatda İŞİD terror təşkilatının qabaqcıl liderlərindən olan və təhlükəsizlik əməliyyatlarının planlaşdırılmasında iştirak edən "Kəsura" ləqəbli şəxsi ələ keçirdiyi bildirilib.
Qeyd olunub ki, əməliyyatda çoxlu sayda silah-sursat, həmçinin elektron cihazların və pilotsuz uçuş aparatlarının (PUA) istehsalında istifadə edilən müxtəlif avadanlıqlar da ələ keçirilib.
Qeyd olunub ki, “Kəsura” ləqəbli İŞİD üzvü bu vəzifəyə təşkilatın Livandakı keçmiş lideri Əbu Səid əl-Şaminin ələ keçirilməsindən sonra təyin edilib.
Hərbi Kəşfiyyat İdarəsinin 27 dekabr 2024-cü il tarixində təşkil etdiyi ixtisaslı əməliyyat nəticəsində Şaminin çox sayda İŞİD üzvü ilə birlikdə ələ keçirildiyi bildirilib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-06-2025