Mobil versiya
Kollecdə “Ordun varsa, yurdun var”adlı tədbir keçirildi -Fotolar
Tarix: 25-06-2025 | Saat: 17:43
Bölmə:Özəl / Təhsil | çapa göndər

Kollecdə “Ordun varsa, yurdun var”adlı tədbir keçirildi

Həqiqətən də mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar.Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə əlaqədar olaraq UNEC nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

UNEC nəzdində Sosial-İqtisadi Kollecin çağrışaqədərki hazırlıq üzrə hərbi rəhbəri Xəlil Hüseynov tədbir iştirakçılarına Azərbaycan ordusunun yaranma tarixi barədə məlumat verərək bildirdi ki, 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdir.1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli  Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi xalqımız üçün əlamətdar hadisədir.Bu gün dünyanın 50 ordusu sıralarında yer alan, Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Ordumuzun dünyanın ən güclü 50 ordusu sırasında yer aldığını bildirən Şəhriyar Laçınov daha sonra qeyd etdi ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarix yazdı, işğala son qoydu, Böyük Qayıdışa yol açdı. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.
Sonda kollecin “Qiyabi şöbə”üzrə 2704 nömrəli qrupun tələbələsi, şəhid anası Leyla Musayeva çıxışında oğlu Ataməli Musaoğlunun  sentyabrın 27-dən başlayaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçməsi üçün göstərdiyi şücayətdən söhbət açaraq qeyd etdi ki,xalqımız hər an şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tutur və tutacaqdır.Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramdır. Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-06-2025