Mobil versiya
Tramp Pentaqonun "Müharibə Departamenti" adının qaytarılmasını təklif edib
Tarix: 25-06-2025 | Saat: 20:17
Bölmə:Özəl | çapa göndər

Tramp Pentaqonun "Müharibə Departamenti" adının qaytarılmasını təklif edib
ABŞ prezidenti Donald Tramp Pentaqonun köhnə adı olan “Müharibə Departamenti”nə qaytarılması üçün yumoristik təkliflə çıxış edib. Onun sözlərini RİA Novosti sitat gətirir.
Jurnalistlərə açıqlama verən Tramp, onu ABŞ dövlət katibi Marko Rubio və “Hərbi nazir” Pit Heqsetin müşayiət etdiyinə diqqət çəkib.

"Əvvəllər belə adlanırdı - Hərbi Nazir. Sonra onlar siyasi cəhətdən düzgün oldular və adını Müdafiə Naziri qoydular. Ola bilsin ki, adı geri qaytarmaq barədə düşünək", - o əlavə edib.
Tramp Ağ Evin yanındakı köhnə binada hələ də “Müharibə Nazirliyi” yazısının olduğuna diqqət çəkib.

Xatırladaq ki, ABŞ Hərbi Departamenti 1949-cu ildə Müdafiə Nazirliyi adlandırılıb. Bu, İkinci Dünya Müharibəsindən sonra ABŞ Silahlı Qüvvələrinin yenidən təşkili çərçivəsində həyata keçirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-06-2025