Yeddi aylıq körpə nar dənəsindən boğuldu
Tarix: 21-10-2015 | Saat: 19:04
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
Körpə Bakıya gətirilərkən yolda keçinib.
Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.
Aia.az -ın verdiyi xəbərə görə, bu barədə Apa-nın Şəki-Zaqatala bürosuna körpənin dayısı Nurulla Muradov məlumat verib.
Nurulla Muradovun sözlərinə görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.
Dayının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib.
Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.
Zaqatala MRX-dan APA-ya fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.
Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024