Ana Sayfa > Parlament / Aia TV / Karusel > Yeddi aylıq körpə nar dənəsindən boğuldu
Yeddi aylıq körpə nar dənəsindən boğuldu21-10-2015, 19:04. Yazar: admin |
Körpə Bakıya gətirilərkən yolda keçinib. Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb. Aia.az -ın verdiyi xəbərə görə, bu barədə Apa-nın Şəki-Zaqatala bürosuna körpənin dayısı Nurulla Muradov məlumat verib. Nurulla Muradovun sözlərinə görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər. Dayının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib. Zaqatala MRX-dan APA-ya fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib. Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb. Geri dön |