Mobil versiya
Messi baş məşqçisini yaxşı tanımır
Tarix: 02-06-2017 | Saat: 14:58
Bölmə:İdman | çapa göndər

Messi baş məşqçisini yaxşı tanımır




"Barselona”nın superulduzu Lionel Messi adının verildiyi dünyanın ən böyük futbol parkının təqdimat mərasimi üçün Çinin paytaxtı Pekinə yollanıb.

Argentinalı hücumçu 2019-cu ildə açılacaq parkın Çində futbolun inkişafına kömək olacağını düşünür.
Leo təqdimat mərasimində "Barselona”nın yeni baş məşqçisi Ernesto Valverde ilə bağlı ünvanlanan suala maraqlı cavab verib. Belə ki, o, yeni çalışdırıcını yaxşı tanımadığını söyləyib: "Açığı, Valverdeni elə də yaxşı tanımıram. Bunun üçün hamımıza vaxt lazım olacaq. Əlbəttə ki, uğurlarından xəbərdaram. Nə qədər təcrübəli mütəxəssis olduğunu bilirəm. Amma özü ilə heç vaxt söhbət etməmişəm. Yeni baş məşqçini qısa müddətdə tanımağa və onun oyun üslubuna uyğunlaşmağa çalışacam. "Barselona”nı kimin çalışdırmasından asılı olmayaraq, hədəfimiz hər zaman çempionluqlar qazanmaq olub. Bu il olmadı, amma gələn mövsüm bunun üçün çalışacağıq”.

Qeyd edək ki, "Barselona” 2016-17 mövsümün İspaniya Kral Kubokunu qazanmaqla başa vurub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024