Mobil versiya
İslam Oyunlarının qalib idmançıları pul mükafatlarını aldılar
Tarix: 24-05-2017 | Saat: 16:03
Bölmə:İdman / Karusel | çapa göndər

İslam Oyunlarının qalib idmançıları pul mükafatlarını aldılar



IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları onlar üçün təsis olunan pul mükafatlarını alıblar.

AİA.az saytının məlumatına görə, bu, dünən “Boulevard Hotel”də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri ilə görüşdə baş tutub.

Görüşdə Prezident İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak ediblər.
Yüngül atletika üzrə qızıl medalın sahibi Nazim Babayev Modern.az-a açıqlamasında deyib ki, pul mükafatını sözügedən tədbirdə aldığını təsdiqləyib:
“Görüşdə cənab prezident də iştirak edirdi. İdmançılara göstərilən qayğıya görə ölkə rəhbərliyinə bir daha dərin təşəkkürümüzü bildiririk”.

O bildirib ki, aldığı pul mükafatını həm xeyriyyəyə, həm də şəxsi ehtiyacları üçün istifadə edəcək.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında ölkə rəhbəri və Milli Olimpiya Komitəsinin, idmançıları qələbəyə həvəsləndirmək məqsədilə təyin etdiyi pul mükafatının cəm halı aşağıdakı kimidir:
- Qızıl medal qazanan hər bir idmançıya 150 min manat;
- Gümüş medal qazanan hər bir idmançıya 80 min manat;
- Bürünc medal qazanan hər bir idmançıya 50 min manat.

Xatırladaq ki, Azərbaycan idmançıları Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanmışdılar.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024