Ayxan Tağızadə: Bu, qaydalara ziddi - MÜSAHİBƏ
Tarix: 18-05-2017 | Saat: 17:44
Bölmə:İdman | çapa göndər
IV İslam Həmrəyliyi Oyunlarında 68 kq çəki dərəcəsində qızıl medal qazanan taekvondoçu Ayxan Tağızadənin apasport.az saytına müsahibəsi
- Bakıda keçirilən İslamiadada fəxri kürsünün ən yüksək pilləsinə yüksəldiniz. Bu uğur sizin üçün nə deməkdi?
- Çempion olmaq mənə asan başa gəlmədi. Yarışa yaxşı hazırlaşmışdım. İslam ölkələri taekvondoda çox güclüdülər. Birinci döyüşümü əfqanıstanlı idmançıya qarşı keçirdim. Çox təcrübəli rəqib idi, iki dəfə Yay Olimpiya Oyunlarında bürünc medal əldə edib. Buna baxmayaraq, qalib gəlməyi bacardım. Ardınca Səudiyyə Ərəbistanını təmsil edən taekvondoçunu üstələdim. Finalda isə rəqibim iranlı oldu. Bildiyiniz kimi, iranlılar taekvondoda reytinqdə güclüdülər. Çətin döyüş getdi. Amma sonda qalib gəldim və yenə Bakıda qızıl medalı götürüb, bayrağımızı dalğalandırdım.
- İran idmançısı Seyidhüseyn Ehsanipetrudini ilə final görüşünüzün sonlarında rəqibin zərbəsi əvvəlcə qeydə alınsa da, sonra sayılmadı. Həmin anda hansı hissləri keçirdiniz?
- Həqiqətən də, döyüşün sonlarında öndə idim. Lakin 5 saniyə qalmış rəqib məni tutaraq, zərbə endirdi. Bu, taekvondoda qaydalara ziddi. Belə hallarda qanuni olaraq xallar silinir və rəqibə cərimə verilir. İranlı idmançının həmin xalların silinəcəyini bilirdim. Amma tabloda rəqəmlər dəyişəndə bir anlıq pis oldum ki, sona 5 saniyə qalmış uduza bilərəm.
- Adəti üzrə yenə qələbənizi ananıza həsr etdiniz…
- Bəli. Dediyim kimi, anam mənim bir nömrəli fanatımdı. Bundan sonra da qazandığım bütün uğurları ilk növbədə ona həsr edəcəyəm.
- Əvvəlcə Bakıda keçirilmiş I Avropa Oyunlarında, ardınca isə İslamiadada birinci yeri tutdunuz. Olimpiadada eyni nəticəni nə vaxt təkrarlaya biləcəksiniz?
- Avropa Oyunlarında və İslamiadada qalib oldum. Bundan əlavə, hərbçilərin dünya oyunlarında gümüş medal əldə etmişəm. Qalıb Olimpiada medalı. Buna nail olmaq üçün əlimdən gələni edəcəyəm. Mənim məqsədim olimpiya çempionu olmaqdı. Tokiodakı olimpiadaya çox yaxşı hazırlaşacağam.
- Bu yaxınlarda sizi dünya çempionatı gözləyir. Həmin turnirdə hansı nəticəyə ümid edirsiniz?
- Dünya çempionatı gələn ay keçiriləcək və mənim üçün önəmli yarışdı. Dünənki qələbəmdən sonra bütün fikrimi bu turnirə yönəltmişəm. Öncə dünya çempionu, sonra isə olimpiya mükafatçısı olmaq arzusundayam.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024