Mobil versiya
Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı
Tarix: 18-05-2017 | Saat: 11:39
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı



Mayın 12-də Bakıda itkin düşən 12 yaşlı uşaq tapılıb.

Uşağın yaxınlarının Trend-ə verdiyi məlumata görə, itkin düşən 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 17-də Nardaran qəsəbəsindən tapılıb:

"Nardaranda uşağın nənəsi yaşayır. Mayın 17-də axşam saatlarında Amil nənəsinin evinə gedib. Məlum olub ki, o, 5 gün paytaxtda stadionlarda qalırmış. Uşağın məqsədi isə IV İslam Oyunlarını izləmək olub. Buna görə də dərslərə getməyib, stadionlarda yarışları izləyib".

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 12-də səhər saatlarında anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb. Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla oxuduğu Bakıxanov Olimpiya Liseyinə yola salıb. Lakin uşaq liseyə getməyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024